Krokslar sağlmalığa ZİYANDIR

Hazırda oxunan: Krokslar sağlmalığa ZİYANDIR

269603

Rusiyanın Perm Politexnik Universitetinin alimləri gündəlik həyatımızda və şəhər modasında geniş yayılmış məşhur kroks ayaqqabılarının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Universitetin “Hesablama riyaziyyatı, mexanika və biomexanika” kafedrasının dosenti Vladislav Nikitinin sözlərinə görə, krokslar rahat və praktik olsa da, onların konstruksiyası ayağın düzgün fiksasiyasını və dəstəyini təmin etmir.

Bu səbəbdən ayaq içində artıq hərəkətlər edir, bel və ayaq əzələləri isə bu sabitsizliyi kompensasiya etməyə çalışır.
 

Nəticədə, ayağın təbii hərəkət mexanizmi pozulur, yüklənmə bərabər paylanmır və bu da burxulma riskini artırır. Qısa müddətli istifadədə yorğunluq, uzunmüddətli istifadədə isə dayaq-hərəkət sistemində xroniki problemlərə səbəb ola bilər.


Bundan əlavə, gigiyenik risklər də mövcuddur. “Ayaqqabının içindəki rütubətli və isti mühit — bakteriya və göbələklər üçün ideal inkubatordur. Əgər kroksları hər istifadədən sonra yuyub qurutmursunuzsa, bu orqanizmlər aktiv şəkildə çoxalır”, – deyə universitetin “Kimya və biotexnologiyalar” kafedrasının dosenti Anastasiya Zorina bildirib. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin