Rus generalın qətlində şok isim: Bakı ermənisi...

Hazırda oxunan: Rus generalın qətlində şok isim: Bakı ermənisi...

269324

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun qətlində şübhəli bilənən şəxsin Bakıda doğulmuş Rusiya vətəndaşı olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS istintaq materiallarına istinadla məlumat yayıb.
 

“Rusiya Müdafiə Nazirliyinin iki hərbçisi İqor Kirillov və İlya Polikarpovun naməlum tipli partlayıcı qurğunu işə salaraq qətlə yetirilməsi və adıçəkilən şəxslərin ölümü ilə nəticələnməsi faktı ilə bağlı cinayət işi açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Robert Səfəryan saxlanılıb”, - məlumatda qeyd olunub.


R.Səfəryanın Bakıda anadan olduğu, hazırda Rusiya vətəndaşı olduğu bildirilib.

Qeyd edək ki, ötən ilin dekabrın 17-də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov yaşadığı binanın qarşısında partlayış nəticəsində öldürülmüşdü. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin