Yaponiya tarixində ilk dəfə baş nazir qadın olacaq?

Hazırda oxunan: Yaponiya tarixində ilk dəfə baş nazir qadın olacaq?

269221

Yaponiyanın Baş naziri Şigeru İşibanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri və hökumət başçısı vəzifəsindən istefa verəcəyini elan etdikdən sonra onun yerinə mümkün namizədlərin adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, İşibanın yerinə ən güclü namizəd xanım Sanae Takaiçi hesab edilir.

İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiçi LDP sədri seçilcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq.

Bundan başqa, Şinciro Koizumi, Yoşimasa Hayaşi, Yoşihiko Noda və Yuiçiro Tamaki də iddialı namizədlər sırasındadır.

Qeyd edək ki, Sanae Takaiçi son seçkilərdə Şigeru İşiba ilə ikinci tura qalmış, istefaya hazırlaşan baş nazirə 21 fərqlə (215-194) məğlub olmuşdu. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin