Roman Abramoviçə qarşı cinayət işi açıldı

Hazırda oxunan: Roman Abramoviçə qarşı cinayət işi açıldı

269211

Böyük Britaniyaya məxsus olan Cersi adasının rəhbərliyi rusiyalı milyarder Roman Abramoviçi korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilərək ona qarşı cinayət işi açıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məhkəmə sənədlərində göstərildiyi kimi, Cersi müstəntiqləri Roman Abramoviçin topladığı sərvətinin mənbələrini öyrənmək istəyirlər. Bunun üçün onlar, xüsusən də rusiyalı iş adamı ilə əlaqəli şirkətlərlə bağlı İsveçrə məhkəmələrinə bir neçə dəfə müraciət edib, bu şirkətlərin İsveçrədəki bank hesabları ilə bağlı sənədlərin verilməsini tələb ediblər.

Eyni zamanda, Roman Abramoviçin vəkilləri bütün ittihamları rədd edir və onun cinayət fəaliyyətində iştirakı ilə bağlı hər hansı ehtimalın yalan olduğunu təkid edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin