Rusiya–Ukrayna müharibəsində 92 amerikalı həlak olub

Hazırda oxunan: Rusiya–Ukrayna müharibəsində 92 amerikalı həlak olub

269198

Rusiya–Ukrayna müharibəsinin əvvəlindən bəri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən ən azı 92 amerikalı həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Məlumatda qeyd olunur ki, ABŞ hökuməti Rusiya və ABŞ silahlı qüvvələrinin birbaşa toqquşması barədə istənilən eyhamdan qaçmağa çalışdığı üçün Ukraynada vuruşan könüllülərə demək olar ki, heç bir dəstək göstərmir. Bu məsələdə yardım edən əsas qurumlardan biri RT Weatherman Foundation adlı Amerika qeyri-kommersiya təşkilatıdır. Fond Ukrayna ordusunun tərkibində döyüşlərdə yaralanan amerikalılara kömək edir, həlak olanların nəşini ABŞ-a qaytarır və itkin düşən halları izləyir.

Xəbərə görə, əcnəbilər ya Ukraynanın müntəzəm ordu bölmələrində, ya da iki beynəlxalq legiondan birində xidmət edirlər. Onların maaşı Ukrayna əsgərlərinin maaşı ilə eynidir: təxminən aylıq 1.000 dollar baza əməkhaqqı və əlavə olaraq təxminən 3.000 dollar.

Ukraynalı xarici əsgərlərin taqım komandiri, baş leytenant Lavrenyuk bildirib:
“Bəziləri Ukraynaya azadlıq, ədalətli iş uğrunda mübarizə aparmaq üçün gəlir. Digərləri isə pul qazanmaq istəyir və ya qanundan gizlənir.”

Materialda vurğulanır ki, ABŞ-dan olan könüllülərin Ukrayna Silahlı Qüvvələrində xidmətə axını əvvəlki illərlə müqayisədə azalsa da, tam dayanmayıb. Müstəqil qiymətləndirmələrə görə, amerikalı könüllülərin sayı 1.000 nəfərdən bir neçə min nəfərə qədər dəyişir. Ukrayna ordusu dəqiq statistikanı açıqlamır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin