“Biz Rusiyaya qarşı təzyiqi gücləndirməyə hazırıq, lakin bunun üçün Avropadakı tərəfdaşlarımızın da bizə qoşulması lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Scott Bessent NBC News-a müsahibəsində bəyan edib.
“Əgər ABŞ və Aİ birgə hərəkət etsə, daha çox sanksiya tətbiq etsə və Rusiya neftini alan ölkələrə əlavə rüsumlar qoysa, Rusiya iqtisadiyyatı tamamilə çökəcək. Bu isə Putini danışıqlar masasına oturmağa məcbur edəcək”, deyə o, əlavə edib.
Bizim.Media