Türkiyədə itkin düşən çinli turistin meyiti Fethiyədən tapılıb.
Bizim.Media xəbər verir ki, Muğlanın Fethiye rayonunda günlərdir axtarılan Çin vətəndaşı Xu Wenkainin meyiti Likya Yolu üzərində aşkarlanıb.
30 yaşlı turistdən 25 avqust 2025-dən bəri xəbər almaq mümkün olmayıb. Onun son olaraq Kabak Koyu ilə Kelebeklər Vadisi arasında gəzinti zamanı foto paylaşdığı müəyyən edilib.
Axtarış qrupları həmin paylaşım sayəsində onun yerini müəyyənləşdirə bilib.
Günlərlə davam edən intensiv axtarışlar nəticəsində Xu Wenkai ölü halda tapılıb. Hadisə ilə bağlı istintaq aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:37 / 07.09.2025
Türkiyədə itkin düşən çinli turistin meyiti tapıldı
Hazırda oxunan: Türkiyədə itkin düşən çinli turistin meyiti tapıldı
Hazırda oxunan: Türkiyədə itkin düşən çinli turistin meyiti tapıldı
269184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.