Almaniya Rusiya ilə müharibə baş verə biləcəyini nəzərə alaraq strateji ərzaq ehtiyatı hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Bildirilir ki, Almaniyanın Kənd Təsərrüfatı Nazirliyi bankalarda saxlanacaq ravioli və mərcimək kimi hazır qidaların milli ehtiyatının yaradılmasını təklif edib.
Layihənin dəyəri təxminən 105 milyon dollar qiymətləndirilir.
Plan hərbi təhlükə kontekstində müzakirə olunur. Berlin hesab edir ki, Rusiya NATO ölkələrindən birinə 2029-cu ildə hücum edə bilər və Almaniya buna hazır olmaq niyyətindədir. Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Alois Rayner bildirib ki, ehtiyat yalnız müharibə üçün deyil, həm də texnogen qəzalar, təbii fəlakətlər və maddi-texniki təchizatın pozulması kimi fövqəladə hallarda da istifadə ediləcək.
Hazırda Almaniya vətəndaşlarına evdə ərzaq ehtiyatını ən azı üç gün, mümkün olduqda on gün saxlamağı tövsiyə edir. Bundan əlavə, yod, batareyalar, radiolar və dərmanların da ehtiyatda saxlanması məsləhət görülür.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:07 / 07.09.2025
Rusiya HÜCUMA KEÇƏCƏK - Almaniya hazırlıqlara BAŞLADI
Hazırda oxunan: Rusiya HÜCUMA KEÇƏCƏK - Almaniya hazırlıqlara BAŞLADI
Hazırda oxunan: Rusiya HÜCUMA KEÇƏCƏK - Almaniya hazırlıqlara BAŞLADI
269168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.