General Qasım Süleymaninin ölümündə şübhəli olan zabit ölü tapıldı - FOTO

Hazırda oxunan: General Qasım Süleymaninin ölümündə şübhəli olan zabit ölü tapıldı - FOTO

26916

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdəki “Əl Udeid” Hava Qüvvələrinnin bazasında ölü tapılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “lenta.ru” saytı yayıb. 

Məlumata görə, İran xüsusi xidmət orqanları Uillisi İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” elit xüsusi dəstəsinin rəhbəri, general Qasım Süleymaninin qətlində iştirak edən şəxslərin siyahısına daxil edib. 

Hazırda amerikalı zabitin ölüm şərtləri müəyyənləşdirilir.  

Uillis Hərbi Hava Qüvvələrinin “Qırmızı at” dəstəsinə komandanlıq edib. ABŞ ordusunun hərbi əməliyyatını dəstəkləmək üçün o, Qətərdə olub. 

Ölən zabitin komandiri Klifford Teoni deyib ki, polkovnik-leytenantın həmkarları onun ailəsinə kömək etmək üçün bütün mənbələrdən istifadə edib. 

"O, komandamızın dəyərli üzvü idi, ondan ötrü çox darıxacağıq", deyə zabit qeyd edib. 

Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanı yaxınlığında ABŞ-ın raket zərbəsi zamanı öldürülüb. Onu müşayiət edən bir neçə zabit də qətlə yetirilib. Sonra İran qoşunları “Ain əl-Əsəd” bazasına və İraqın Ərbil şəhərindəki hava limanına zərbələr endirib. Dekabr ayının sonunda Tehran generalın qətlində 48 nəfərin iştirak etdiyini açıqlayıb. Onların şəxsiyyətləri artıq müəyyənləşdirilib və səlahiyyətlilər məhkəməyə verilməsi üçün çalışırlar.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin