Türkiyədən bu il Suriyaya 475 minə yaxın qaçqın qayıdıb

Hazırda oxunan: Türkiyədən bu il Suriyaya 475 minə yaxın qaçqın qayıdıb

269150

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya suriyalı qaçqınların fəal şəkildə vətənlərinə qayıtdığını bildirib.

Bizim.Media xəbər verir ki, nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 min 18 suriyalı geri dönüb.

Ümumilikdə isə 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb.

A.Yerlikaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin