Belarus istiqamətindən bu gecə Ukraynaya dron ATILIB?

Hazırda oxunan: Belarus istiqamətindən bu gecə Ukraynaya dron ATILIB?

269138

Bu gecə bir neçə “Şahed” dronu Ukraynaya Belarus istiqamətindən uçub.

Onun sözlərinə görə, düşmən hesablamalar aparır və müxtəlif marşrutları nəzərdən keçirir, o cümlədən Ukraynanın hava məkanına daha tez daxil olmaq üçün yolu “qısaldan” variantları.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Komandanlığının kommunikasiya idarəsinin rəhbəri Yuri İqnat bildirib.
 

“Bu, ilk dəfə deyil. Biz artıq bilirik ki, şimalda və cənubda – Moldova, Rumıniya ərazisindən də belə hallar olub, raketlər və dronlar sərhədi keçə bilirlər. Bu dəfə də eyni hal baş verdi – bir neçə ‘Şahed’ özlərinə qısa yol seçdi”, – deyə İqnat vurğulayıb.


O əlavə edib ki, məhz buna görə hərbçilər real vaxtda düşmən hədəflərinin hərəkət marşrutlarını paylaşmamağı xahiş edirlər.

Çünki düşmən bu məlumatlardan növbəti zərbəyə hazırlaşmaq və “kor zonaları” müəyyənləşdirmək üçün istifadə edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin