Yaponiyanın Baş naziri istefa verəcək?

Hazırda oxunan: Yaponiyanın Baş naziri istefa verəcək?

269126

Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verməyi qərara alıb.

Bizim.Media xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb.
 

İstefa qərarının detalları bilinməsə də, media Baş nazir Şiqeru İşibanın hakim koalisiyanın iyulda parlamentin yuxarı palata seçkilərində məğlubiyyətindən sonra istefasını elan edəcəyini yazmışdı.


Səsvermə İşibanın Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeitoya böyük zərbə olub. Ölkənin müasir tarixində ilk dəfə olaraq, hakim koalisiya parlamentin hər iki palatasında çoxluğu itirib.

Yuxarı palatada koalisiya indi 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Qeyd edək ki, hakim Liberal Demokratik Partiyanın (LDP) sədri Şiqeru İşiba ötən ilin oktyabrında baş nazir seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin