Hindistanda su üçün həyatını təhlükəyə atan qadınlar - VİDEO

Hazırda oxunan: Hindistanda su üçün həyatını təhlükəyə atan qadınlar - VİDEO

269114
Hindistanın bir çox bölgələrində müşahidə olunan kəskin quraqlıq içməli su axtaran yerli sakinləri həyatlarını təhlükəyə atmaq məcburiyyətində qoyub.

Hindistanın Qərbində yerləşən Naşik rayonunda 25-ə yaxın kəndin su hövzələri quruyub,xa0 artezian quyularından isə su çəkilib.

“Liveleak” portalında yayılan bu videogörüntü aprelin 20-də Bədəvadi kəndində “Shramajeevi Sanghathana” qeyri-hökümət təşkilatının fəalı Bhaqva Madhe tərəfindən çəkilib.

Kadrlarda evə su aparmaq üçün bir çox qadının həyatını riskə ataraq, dərin quyunun dibinə düşdüyünü görmək olur.

“Su tapmaq üçün qadınların çoxu həyatlarını riskə atır, ancaq xoşbəxtlikdən hələ ki hər hansı bədbəxt hadisə baş verməyib”, - deyə fəal bildirib.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin