Əfqanıstanda baş verən güclü zəlzələlər minlərlə insanın həyatına son qoyub.
Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, təxminən 3 min nəfər həlak olub, 4 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
ÜST-nin məlumatında qeyd olunur ki, fəlakət ümumilikdə 84 minədək şəxsi təsirləndirib. Zəlzələnin episentri əsasən Kunar, Nangarhar, Lagman və Nuristan vilayətlərində böyük dağıntılara yol açıb.
Hadisə zamanı 16 tibb ocağının tamamilə sıradan çıxması isə əhalinin tibbi yardıma çıxışını xeyli məhdudlaşdırıb və vəziyyəti daha da ağırlaşdırıb.
Bizim.Media