İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində yeni humanitar zona yaradıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, burada sahə hospitalları, su təchizatı və duzsuzlaşdırma qurğuları qurulacaq, həmçinin əhali ərzaq, dərman və çadırlarla təmin ediləcək.
Yardımın koordinasiyası COGAT vasitəsilə BMT və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək.
Eyni zamanda İsrail qoşunları Qəzza şəhərində HƏMAS-ın qalan mövqelərini nəzarətə götürmək məqsədilə zolağın şimalında hücumu genişləndirməyə davam edir. Şəhər sakinlərinə isə cənuba təxliyə olunmaları tövsiyə olunur.
Bizim.Media