Belarusdan olan turist Elbrus dağında itkin düşüb.
Bizim.Media xəbər verir ki, turistin yaxınlarının sözlərinə görə artıq 4 gündür onunla əlaqə saxlaya bilmirlər.
Bu səbəbdən də itkin düşən şəxsin yaxınları Kabardin-Balkar Fövqəladə Hallar Nazirliyindən kömək istəyiblər.
Qeyd edək ki, 26 yaşlı kişi Terskolak zirvəsinə qalxmaq üçün bölgəyə səfər edib. Bu zirvə Elbrusun cənub-şərq silsiləsində, demək olar ki, dörd min metr hündürlükdə yerləşir.
Turist zirvəyə səfərini qeydiyyatdan keçirməyib.
Hazırda əraziyə axtarış-xilasetmə məqsədilə helikopterlər cəlb edilib.
Bizim.Media