Qəzza zolağında dərman çatışmazlığı kritik həddə çatıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bölgəyə tibbi ləvazimatların buraxılmaması minlərlə xəstənin həyatını təhlükəyə atır.
Rəsmi məlumata görə, bölgədə 300 mindən çox xroniki xəstə dərman çatışmazlığı səbəbindən risk altındadır. Son aylarda dərman böhranı ucbatından 6 min 758 nəfər həyatını itirib. Onların arasında böyrək və ürək xəstələri də var. Hazırda 16 min ürək xəstəsi Qəzzadan kənarda müalicəyə ehtiyac duyur, lakin yüzlərlə insan icazə ala bilmədən dünyasını dəyişib.
Bundan əlavə, bölgədə 71 mindən çox hepatit, 167 min xroniki ishal və 1 mindən artıq meningit halı qeydə alınıb. Həkimlər xəbərdarlıq edirlər ki, dərman və tibbi avadanlıqların təminatı bərpa olunmasa, Qəzzada səhiyyə sistemi tamamilə iflic ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:13 / 06.09.2025
Qəzzada dərman böhranı: Xərçəng və xroniki xəstələr ölüm təhlükəsi ilə üz-üzə
Hazırda oxunan: Qəzzada dərman böhranı: Xərçəng və xroniki xəstələr ölüm təhlükəsi ilə üz-üzə
Hazırda oxunan: Qəzzada dərman böhranı: Xərçəng və xroniki xəstələr ölüm təhlükəsi ilə üz-üzə
268984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.