“Moskvaya getməyəcəyəm, o, Kiyevə gəlsin”

Hazırda oxunan: “Moskvaya getməyəcəyəm, o, Kiyevə gəlsin”

268975

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya getməyəcəyini yenidən bəyan edib.

Bizim.Media xəbər verir ki, o bu barədə ABC telekanalına müsahibəsində bildirib.

Ukrayna lideri həmçinin istənilən formatda görüşə hazır olduğunu açıqlayıb: “O, (Vladimir Putin – red.) Kiyevə gələ bilər. Ölkəm hər gün raketlər, hücumlar altında olanda mən Moskvaya gedə bilmərəm”.
 

Qeyd edək ki, V. Putin Şərq İqtisadi Forumunun plenar iclasında Zelenski ilə görüşmək üçün ən yaxşı yerin Moskva olduğunu demişdi. O həmçinin bəyan etmişdi ki, Ukrayna lideri və nümayəndə heyəti Rusiya paytaxtına səfər etmək qərarına gəlsələr, onların təhlükəsizliyinə 100 faiz təminat verməyə hazırdır.


Ukrayna XİN rəhbəri Andrey Sibiqa isə Zelenskinin yeddi ölkədən birində Putinlə görüşməyə hazır olduğunu açıqlamışdı. Söhbət Avstriya, Vatikan, Türkiyə, İsveçrə və Fars körfəzinin üç dövlətindən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin