DİQQƏT: Bu tarixdə telefonlar siqnal verəcək

Hazırda oxunan: DİQQƏT: Bu tarixdə telefonlar siqnal verəcək

268771

7 sentyabr tarixində Böyük Britaniyada fövqəladə hallar üzrə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmin gün saat 15:00-da milyonlarla mobil telefon eyni vaxtda siqnal verəcək, təxminən 10 saniyə ərzində titrəyəcək.

Eyni zamanda mobil cihazların ekranlarında “Bu yalnız sınaqdır” yazısı əks olunacaq.
 

Bu xəbərdarlıq sisteminin məqsədi zəlzələ, daşqın, fırtına kimi fövqəladə hallarda əhaliyə operativ məlumat ötürməkdir.


Bu üsul vasitəsilə saniyələr içində milyonlarla insana xəbərdarlıq göndərmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin