Tramp Avropadan Rusiya neftindən imtina etməyi TƏLƏB EDİB

Hazırda oxunan: Tramp Avropadan Rusiya neftindən imtina etməyi TƏLƏB EDİB

268757

Fransa prezidenti Emmanuel Makron təsdiqləyib ki, bu gün Avropa liderləri ilə söhbəti zamanı ABŞ prezidenti Donald Tramp Avropadan Rusiyadan neft alışını tamamilə dayandırmağı tələb edib.

Bizim.Media xəbər verir ki, Makron bu barədə Parisdə “istəkli koalisiyası”nın görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Makronun sözlərinə görə, məsələ Avropa İttifaqının iki ölkəsinə – Macarıstan və Slovakiyaya aiddir:
 

“Prezident Tramp və Amerika administrasiyası, eləcə də biz, bu müharibənin əvvəlindən həmin iki Avropa İttifaqı ölkəsinin seçimindən – yəni Rusiyadan neft almağa davam etməsindən ciddi narahat idik. Mən hesab edirəm ki, məhz ABŞ administrasiyasının bu praktikanın dayandırılmasının vacibliyini dilə gətirməsi çox yaxşıdır. Çünki bəzən həmin ölkələr arqument gətirirlər ki, onlar ABŞ administrasiyasına çox yaxındır”.


Ukrayna prezidenti Volodimir Zelenski də Makronla Parisdə keçirilən birgə mətbuat konfransında bəyan edib ki, “prezident Tramp Avropanın Rusiya nefti almasına çox narazıdır. Digər məsələlərlə yanaşı, iki ölkə var, biz bilirik ki, bunlar Macarıstan və Slovakiyadır...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin