Zelenski Putinin Moskvada görüşmək təklifini RƏDD ETDİ - VİDEO

Hazırda oxunan: Zelenski Putinin Moskvada görüşmək təklifini RƏDD ETDİ - VİDEO

268752

“Amerikalı tərəfdaşlar məlumat verdilər ki, Putin məni Moskvaya dəvət edib. Mən hesab edirəm ki, görüşün olmamasını istəyirsənsə, məhz Moskvaya dəvət etmək lazımdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Zelenskini görüş üçün Moskvaya dəvət etdi - VİDEO


O qeyd edib ki, hazırda Rusiya tərəfindən bu müharibəni dayandırmaq istəyi görmür:

“Rusiya görüş barədə danışmağa başlayıb – bu, artıq pis deyil. Amma hələ ki, onların müharibəni bitirmək istəyi görünmür. Yetkin liderlər isə belə səviyyəli görüşdən müəyyən nəticə ilə, arzuolunan halda isə müharibənin başa çatdırılması ilə çıxmalıdırlar”.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Çinə səfərin yekunlarına dair mətbuat konfransında “Əgər Zelenski danışıqlara hazırdırsa, Moskvaya gəlsin.

O zaman görüş baş tutacaq. Mən heç vaxt belə görüşlərin mümkünlüyünü istisna etməmişəm” deyərək Zelenskini görüş üçün Moskvaya dəvət etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin