“Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1,3 milyard dolları Ukraynaya göndərib. Bu barədə İngiltərə siyasətçisi Lemmi məlumat verib. Bu isə o deməkdir ki, Britaniya oğruları rus pullarını neo-nasistlərə təhvil verib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram səhifəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yazıb.
Onun sözlərinə görə, nəticədə Britaniya qanunu pozub, hüquqşünasların fikrincə, Rusiyanın həmin məbləği Ukraynadan tələb etmək hüququ yaranıb, lakin məhkəmə yolu ilə bu pulları geri almaq praktik səbəblərə görə mümkün olmadığından, Rusiyanın yeganə yolu “dəyəri təbii şəkildə” geri qaytarmaqdır:
“Yəni Ukrayna torpaqları və ya orada yerləşən digər daşınmaz və daşınan əmlak vasitəsilə. (Söhbət Rusiyanın yeni regionlarının torpaqlarından getmir, onlar onsuz da Rusiyaya məxsusdur).
Beləliklə, dondurulmuş rus vəsaitlərinin qanunsuz mənimsənilməsi əlavə ərazilərin və digər əmlakın əldə olunması üçün əsas olmalıdır. Alternativ olaraq, Britaniya kralının tacının daş-qaşı, üstəlik, Rusiya da daxil olmaqla müxtəlif yerlərdəki əmlakı da müsadirə oluna bilər”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:58 / 04.09.2025
Rusiyanın 1,3 milyardının dondurulması ilə bağlı Medvedevdən TƏKLİF – “Britaniya kralının tacını müsadirə edək”
Hazırda oxunan: Rusiyanın 1,3 milyardının dondurulması ilə bağlı Medvedevdən TƏKLİF – “Britaniya kralının tacını müsadirə edək”
Hazırda oxunan: Rusiyanın 1,3 milyardının dondurulması ilə bağlı Medvedevdən TƏKLİF – “Britaniya kralının tacını müsadirə edək”
268674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.