Portuqaliyanın paytaxtı Lissabonda “Gloria” funikulyorunda baş verən qəza nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb.
MÖVZU İLƏ BAĞLI:
DƏHŞƏT: Funikulyor relsdən çıxıb binaya çırpıldı - 15 ölü, 18 yaralı var - VİDEO
Bizim.Media xəbər verir ki, “Observador” nəşrinin məlumatına görə, həkimlər yaralılardan beşinin vəziyyətini ağır olaraq qiymətləndirir. Qəza zamanı sağ qalanların arasında Almaniyadan olan üç yaşlı körpə də var. Azyaşlının anası kritik vəziyyətdədir, atası isə həyatını itirib.
“Carris” şirkətinin büdcə çərçivəsini aşması səbəbindən funikulyorun texniki baxışı ilə bağlı tender bu ilin avqust ayında ləğv olunmuşdu.
Xatırladaq ki, sentyabrın 3-də axşam saatlarında “Gloria” funikulyoru relsdən çıxaraq aşıb. Hadisə nəticəsində azı 15 nəfər həlak olub. Faciə ilə bağlı Lissabon şəhərində üçgünlük matəm elan edilib.
“Elevador da Gloria” adlı funikulyor Lissabonun mərkəzini Bairru-Altu rayonu ilə birləşdirir. XIX əsrdə istifadəyə verilən nəqliyyat vasitəsi 2002-ci ildə milli abidə statusu alıb. Hər il 3 milyondan çox sərnişin daşıyan funikulyor 2018-ci ildə də relsdən çıxmış, lakin həmin vaxt ölən olmamışdı.
Bizim.Media