Kiyevdən Putinin Moskvada görüş təklifinə REAKSİYA: “Hamının başını qatmaqda davam edir”

Hazırda oxunan: Kiyevdən Putinin Moskvada görüş təklifinə REAKSİYA: “Hamının başını qatmaqda davam edir”

268578

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Putinin Zelenski ilə Moskvada görüş təklifinə cavab verib.

Bizim.Media xəbər verir ki, Sibiqa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Zelenskini görüş üçün Moskvaya dəvət etdi - VİDEO


“Hazırda ən azı yeddi ölkə Ukrayna və Rusiya liderlərinin müharibəni dayandırmaq üçün görüşünü qəbul etməyə hazırdır: Avstriya, Müqəddəs Taxt (Vatikan), İsveçrə, Türkiyə və Fars körfəzi ölkələrindən üçü.

Bu, ciddi təkliflərdir və Zelenski belə görüşə istənilən an hazırdır.

Lakin Putin hamının başını qatmaqda davam edir, əvvəlcədən qəbuledilməz olan təkliflər irəli sürür. Yalnız təzyiqlərin gücləndirilməsi Rusiya Federasiyasını sülh prosesinə nəhayət ciddi yanaşmağa məcbur edə bilər”, – deyə Ukraynanın xarici işlər naziri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin