DTX-nin saxladığı Bəhruz Səmədov 15 il həbsdə qalacaq

Hazırda oxunan: DTX-nin saxladığı Bəhruz Səmədov 15 il həbsdə qalacaq

268555

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

DTX tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin