Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1500-ə çatdı

Hazırda oxunan: Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1500-ə çatdı

268550

Əfqanıstanın şərqində avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1457 nəfərə çatıb, yaralıların sayı isə ən azı 3394 nəfərdir.

Bizim.Media xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsinin müavini Həmdulla Fitrət "X"də paylaşım edib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6782 ev dağılıb:
 

"Axtarış-xilasetmə işləri davam edir, dağıntılar altından çıxarılan insanlar hava yolu ilə ən yaxın xəstəxanalara çatdırılır. Bütün dövlət qurumları yerli əhali ilə əməkdaşlıq edərək, zərərçəkənlərə yardım göstərmək üçün əlindən gələn səylərini əsirgəmir".


Xatırladaq ki, bundan əvvəl Əfqanıstan rəsmiləri 1411 itki və 3124 yaralı olduğunu bildirmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin