Belarus prezidenti Aleksandr Lukaşenkonu Çində keçirlən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində oğli Nikolay müşayiət edib.
Bizim.Media xəbər verir ki, bu, Belarus mətbuatında yayımlanan videogörüntülərdən məlum olub.
Bəzi Teleqram kanallarının məlumatına görə, Aleksandr Lukaşenko ŞƏT-in 25-ci sammiti zamanı oğlunun ad gününü qeyd etməyi də unutmayıb. Belə ki, avqustun 31-də kiçik Lukaşenkonun 21 yaşı tamam olub.
Aleksandr Lukaşenko oğulu Nikolayı tez-tez ölkədaxili və xarici səfərələrə aparır. Bəzi məlumatlara görə, Belarus lideri Nikolayı siyasətə hazırlayır. Xarici media onu “Belarus şahzadəsi” adlandırır.
Nikolayın Aleksandr Lukaşenkonun qeyri-rəsmi evliliyindən dünyaya gəldiyi bildirilir. Onun anasının Prezidentin İşlər İdarəsinin Respublika Tibb Mərkəzinin baş həkimi İrina Abelskaya olduğu güman olunur. İrina Abelskaya əvvəllər Aleksandr Lukaşenkonun şəxsi həkimi olub.
Belarus Prezidentinin qanuni həyat yoldaşı Qalina Lukaşenkodur. Onlar 1975-ci ildə evləniblər. Bu nikahdan Aleksandr Lukaşenkonun iki oğlu - 1975-ci il təvəllüdlü Viktor və 1980-ci il təvəllüdlü Dmitri doğulub. Onlar hazırda dövlət vəzifələrində çalışırlar. (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:16 / 03.09.2025
Lukaşenko Çinə oğlunu da aparıb - VİDEO
Hazırda oxunan: Lukaşenko Çinə oğlunu da aparıb - VİDEO
Hazırda oxunan: Lukaşenko Çinə oğlunu da aparıb - VİDEO
268494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.