Su-25 qırıcı təyyarəsinin yaradıcısı, aviasiya konstruktoru Yuri İvaşeçkin 92 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Hərbi məlumatçı” Teleqram kanalı məlumat yayıb.
Mənbə onun ölüm səbəbini açıqlamayıb.
Yuri İvaşeçkin öz karyerasına P.O. Suxoy adına Təcrübə-Konstruktor Bürosunda həsr edib. 1980–1985-ci illərdə baş konstruktor vəzifəsini icra edib. O, aviasiya sənayesinə böyük töhfə verib, Su-9 və Su-15 qırıcı-tutucularının, həmçinin T-4 kəşfiyyat bombardmançı-raketdaşıyıcısının yaradılmasında iştirak edib. 2000-ci ildə İvaşçkin “Sukhoi Superjet 100” layihəsinin ilk baş konstruktoru olub.
İvaşeçkinin rəhbərliyi ilə yaradılmış Su-25 hücum təyyarəsi təkoturacaqlı zirehli təyyarədir. O, döyüş şəraitində qoşunlara havadan dəstək üçün nəzərdə tutulub. Təyyarə günün istənilən vaxtında və hər cür hava şəraitində koordinatları əvvəlcədən müəyyən edilmiş hədəfləri vura bilir. Su-25-in ilk sınaqları 1975-ci ilin fevralında keçirilib. Bu hücum təyyarəsi bu gün də Rusiya Hava-Kosmik Qüvvələrinin silahlanmasının vacib hissəsi olaraq qalır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:15 / 03.09.2025
Su-25 qırıcı təyyarəsinin yaradıcısı VƏFAT ETDİ
Hazırda oxunan: Su-25 qırıcı təyyarəsinin yaradıcısı VƏFAT ETDİ
Hazırda oxunan: Su-25 qırıcı təyyarəsinin yaradıcısı VƏFAT ETDİ
268480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.