Türkiyənin Şanlıurfa şəhərində sərnişin avtobusu aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İHA nəşri yayıb.
Məlumata görə, səhərə yaxın Şanlıurfa-Qaziantep yolunun Suruç rayonu yaxınlığından keçən hissəsində şəxsiyyəti hələlik məlum olmayan sürücünün idarə etdiyi sərnişin avtobusu idarəetməni itirərək aşıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən və jandarm qrupları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla Şanlıurfa və Nizipdəki xəstəxanalara çatdırılıb.
Qəza nəticəsində üçü ağır olmaqla, 27 nəfər xəsarət alıb. Sürücü də daxil olmaqla, içində 43 sərnişinin olduğu avtobusun Vandan Hatay istiqamətində hərəkət etdiyi bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media