Roma Papası Fransisk uzun illər xidmət etdikdən sonra təqaüdə çıxan sürücü Renço Çestiaya minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Papa bunu Vatikandakı ənənəvi ümumi audiensiya başa çatdıqdan sonra deyib:
MÖVZU İLƏ BAĞLI:
Roma Papasının mühafizəsi, yoxsa Vatikanın MƏXFİ AGENTLƏRİ? - FOTO
"Bu gün təqaüdə çıxan bir nəfərə təşəkkür etmək istəyirəm. Bu, Renço Çestiadır. O, 14 yaşında velosipedlə gəlib və işə başlayıb. Hazırda Papanın sürücüsüdür. Gəlin, Rençonu və onun sadiqliyini alqışlayaq! O, öz işi, dəstəyi və duaları ilə Kilsəni irəli aparanlardan biridir”.
Renço Çestianın simasında pontifik Vatikanda çalışan bütün insanlara təşəkkür edib.
Bizim.Media