Epizootik vəziyyətlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər LƏĞV EDİLDİ

Hazırda oxunan: Epizootik vəziyyətlə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər LƏĞV EDİLDİ

268173

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Pazarcik, Haskovo, Veliko-Tarnovo, Dobriç, Kırcali vilayətlərində yüksək patogen quş qripi xəstəliyi, Avstriya ərazisində isə qeydə alınmış iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi aradan qaldırılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, həmin ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin