Dağıdıcı zəlzələ olacaq, 3 qitə birləşəcək - Şok araşdırma

Hazırda oxunan: Dağıdıcı zəlzələ olacaq, 3 qitə birləşəcək - Şok araşdırma

268039

Atlantik okeanının altında gələcəkdə dağıdıcı zəlzələlərə və sunamilərə səbəb ola biləcək yeni tektonik sınmanın əmələ gəlməsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Nature Geoscience” jurnalında dərc olunan araşdırmada deyilir.

Məqalədə qeyd olunur ki, Atlantik ənənəvi olaraq seysmik cəhətdən sakit region hesab edilsə də, məlum tektonik hadisələrdən uzaqda yerləşən Portuqaliyada artıq güclü təkanlar baş verib.

Alimlər seysmik stansiyaların məlumatlarını və Portuqaliyanın cənub-qərbindəki dəniz dibinin kompüter modelləşdirilməsinin nəticələrini müqayisə ediblər. Nəticədə mantiyanın təbəqələşməsinin əlamətlərini aşkar ediblər. Tədqiqatçıların fikrincə, su milyonlarla ildir ki, süxurların içinə sızaraq onları zəiflədir və Atlantik okeanında yeni subduksiya zonasının yaranmasına şərait yaradır.

Gələcəkdə bu zonanın güclü zəlzələlərə, sunamilərə və genişmiqyaslı tektonik sürüşmələrə səbəb ola biləcəyi proqnozlaşdırılır.

Uzunmüddətli perspektivdə elm adamları hətta Afrika, Avropa və Amerikanın vahid superqitədə birləşə biləcəyini bildirirlər. (axar.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin