Husilər BMT-nin əməkdaşını saxladı

Hazırda oxunan: Husilər BMT-nin əməkdaşını saxladı

268021

Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının təhlükəsizlik qüvvələri paytaxt Sənada BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. 

Agentliyə humanitar təşkilatdan verilən məlumata görə, qiyamçı hərəkatın qüvvələri BMT-nin Ümumdünya Ərzaq Proqramının ofisində axtarış aparır, işçilərdən birini saxlayıb.

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu isə bildirib ki, İsrail ordusu Husilərin əksəriyyətini məhv edib, növbədə Husilərin digər liderləridir.

Qeyd edək ki, avqustun 29-da israilli qırıcıların Husilər kabinetinin iclasının keçirildiyi Sənanın cənubundakı Hadda bölgəsində evi bombaladığı məlum olub.

Husilər Baş nazir Əhməd Qalib əl-Rahavi və onun bir neçə nazir yoldaşının öldürüldüyünü təsdiqləyiblər.

Hücumdan sonra Yəmənin “Ənsar Allah” hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat İsraili “qara günlərlə” hədələyib və israillilərin bir daha özlərini təhlükəsiz hiss etməyəcəklərinə söz verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin