Piylənmə ilə mübarizədə kömək edən təbii məhlul HAZIRLANDI

Hazırda oxunan: Piylənmə ilə mübarizədə kömək edən təbii məhlul HAZIRLANDI

267556

Zhejiang Texnologiya Universitetinin tədqiqatçıları qəhvəyi yosundan əldə olunmuş modifikasiya edilmiş bir qarışım hazırlayıblar. Bu birləşmə orqanın çəkini artırmasına qarşı təbii şəkildə mübarizə aparmağa kömək edir.

Bizim.Media xəbər verir ki, bu məhlul iştahı azaltmaq və ya yağ yandırmaq vasitəsilə deyil, bağırsaq bakteriyalarına təsir göstərməklə arıqlamağa kömək edir.

Alimlər “Saccharina japonica” qida yosunundan əldə olunan, şəkərlərlə zəngin polisaxarid fucoidandan istifadə ediblər. Molekulu daha kiçik fraqmentlərə bölərək onların molekulyar kütləsini və sulfat səviyyəsini dəyişdiriblər ki, həm mənimsənməsi, həm də mikrobiom üzərində təsiri artsın. Ən güclü təsir LMWF4 variantında müşahidə olunub – bu variant aşağı molekulyar kütlə və yüksək sulfat səviyyəsini birləşdirir.
 

Yüksək yağlı qidalanma tətbiq edilmiş siçanlar üzərində aparılan təcrübələrdə LMWF4 çəki artımını yavaşladıb, yağ toplanmasını azaldıb və qan şəkəri və xolesterin səviyyəsini yaxşılaşdırıb. Eyni zamanda, bağırsaq mikroflorasının tərkibi metabolik sağlamlıqla əlaqəli bakteriyaların artmasına və piylənmənin azalmasına doğru dəyişib.


Tədqiqatçılara görə, təsir birbaşa yağ metabolizmasına deyil, mikrobiomun restrukturizasiyası vasitəsilə əldə olunub və bağırsaqda çəkini artırmağa qarşı davamlı mühit yaradıb.

Alimlər qeyd edirlər ki, LMWF4 funksional qida məhsulu və ya əlavəsi kimi hazırlanaraq mikrobiomun sağlamlığının uzunmüddətli qorunmasına və piylənmə ilə mübarizəyə kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin