Zelenski Ərdoğanla “Bayraktar” zavodu və Azərbaycan səfirliyinin ruslar tərəfindən vurulmasını MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Zelenski Ərdoğanla “Bayraktar” zavodu və Azərbaycan səfirliyinin ruslar tərəfindən vurulmasını MÜZAKİRƏ ETDİ

267523

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı xüsusi diqqət təhlükəsizlik zəmanətlərinə yönəlib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.

Söhbəti şərh edərkən, Ukrayna prezidenti Rusiyanın Ukraynaya son zərbələrinə diqqət çəkib:
 

“Zərbələr Türkiyə müəssisəsinə, Azərbaycanın səfirliyinə, Avropa İttifaqının nümayəndəliyinə, yaşayış massivlərinə endirildi. Bu, Putinin Ukraynanın, ABŞ-nin və Avropadakı tərəfdaşlarımızın qətlləri dayandırmaq cəhdlərinə cavabıdır”.


Qeyd edək ki, Rusiya silahlı qüvvələri gecə saatlarından başlayaraq Kiyevi raket atəşinə tutub.

Zərbələr nəticəısində Kiyevdə yerləşən və işə salınmağa hazırlaşan “Bayraktar” zavodu, eləcə də Azərbaycanın Kiyevdəki səfirlik binasına ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin