"Gangnam Style" mahnısının ifaçısı HƏBS EDİLDİ

Hazırda oxunan: "Gangnam Style" mahnısının ifaçısı HƏBS EDİLDİ

267498

Cənubi Koreyada "Gangnam Style" hiti ilə məşhurlaşan və “Psy” kimi tanınan Park Jae-Sang-a qarşı istintaq başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, “Gangnam Style” super hitinin müəllifi və ifaçısı 2022-ci ildən Seuldakı xəstəxanalardan birində lazımi ilkin məsləhətləşmələr aparılmadan qanunsuz psixotrop dərmanlar almaqda şübhəli bilinir. Dərmanları üçüncü şəxslər, o cümlədən müğənninin meneceri götürüb. Bu da öz növbəsində daha bir qanun pozuntusu sayılır.

“Psy” və həkimi artıq saxlanılıb. Həkimi uzaqdan yoxlanış apardığını iddia edib. Musiqiçinin nümayəndələri deyiblər ki, ifaçının yuxu problemi olub və o, həmin dərmanlarla bunun qarşısını alırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin