Rusiya Silahlı Qüvvələri gecə Ukraynanın şəhərlərinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Hücumlar nəticəsində paytaxt Kiyevdə 2-si uşaq olmaqla 4 nəfər ölüb, azı 22 nəfər yaralanıb.
Kiyevin 20-dən çox nöqtəsində yanğınlar qeydə alınıb. Bundan əlavə, raket zərbəsi nəticəsində 5 mərtəbəli bina dağılıb. Dağıntıların altında insanlarınn olduğu bildirilir.
Ukraynanın Vinnitsa vilayətində də Rusiya ordusu kritik infrastruktur obyektlərini hədəfə alıb. Enerji obyektlərinə zərbə nəticəsində 29 yaşayış məntəqəsində 60 min istehlakçı işıqsız qalıb — bu səbəbdən dəmir yolu nəqliyyatında gecikmələr yaranıb.
Zaporojye vilayətində müəssisələrdən biri hücuma məruz qalıb. Zərbə nəticəsində yanğın baş verib.
Bizim.Media