Hava təmizləyiciləri faydadan çox zərər verə bilər – ARAŞDIRMA

Hazırda oxunan: Hava təmizləyiciləri faydadan çox zərər verə bilər – ARAŞDIRMA

267359

Kolorado Universitetinin apardığı araşdırma göstərib ki, hava təmizləyiciləri nadir hallarda insanlar üzərində sınaqdan keçirilir və bəzi hallarda faydadan daha çox zərər gətirə bilər.

Bizim.Media xəbər verir ki, alimlər qapalı məkanlarda havanın təmizlənməsi texnologiyalarına dair təxminən 700 işi nəzərdən keçiriblər və müəyyən ediblər ki, onların yalnız təxminən 8 faizi insanların iştirakı ilə aparılıb.

Əksər sınaqlar isə boş otaqlarda və ya laboratoriya şəraitində keçirilib. Və havadakı hissəciklərin və mikrobların miqdarı, yaxud heyvanlar üzərində nəticələr qiymətləndirilib.

Bundan əlavə, bəzi modellər ya xüsusi olaraq ozon yaradır, ya da onu yan təsir kimi istehsal edir (məsələn, ionizatorlar). Ozon otaqdakı digər maddələrlə qarşılıqlı təsirdə formaldahid və ultra xırda hissəciklər əmələ gətirə bilər.
 

Ozon tənəffüs yollarını qıcıqlandırır, formaldahid isə kanserogen sayılır. Xırda hissəciklər isə ağciyərlərin dərin qatlarına və qan dövranına keçərək iltihabı gücləndirir, ürək-damar sistemi üçün riskləri artırır.


Tədqiqatçıların nəticəsi sadədir: marketinq vədlərinə ehtiyatla yanaşmaq lazımdır. Məktəblər, xəstəxanalar və ofislər üçün xüsusilə, real şəraitdə və insanların iştirakı ilə araşdırmalar aparılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin