Bu ölkədə təyyarədə kök sərnişinlərdən ikiqat ödəniş alınacaq

Hazırda oxunan: Bu ölkədə təyyarədə kök sərnişinlərdən ikiqat ödəniş alınacaq

267285

ABŞ-nin hava yolu şirkəti “Southwest Airlines” verdiyi qərarla tənqidlərin hədəfi olub.

Bizim.Media Ölkə.Az-a istinadən xəbər verir ki, buna səbəb isə kök şəxslərdən 2 yer almaları tələbidir.

Belə ki, şirkətin verdiyi qərara əsasən, növbəti ilin yanvarından etibarən oturacaqların qolları arasına yerləşməyən sərnişinlər əvvəlcədən ikinci oturacaq almalıdır.
 

Mövcud siyasətə əsasən, artıq çəkisi olan sərnişinlər əvvəlcədən əlavə oturacaq alıb pulunu geri ala və ya hava limanında pulsuz tələb edə bilərlər.


Yeni qərarla pulun geri qaytarılması mümkün olacaq, lakin onlara artıq zəmanət verilməyəcək.
Şirkət bəyan edib ki, geri qaytarılma yalnız uçuş tam bron edilmədikdə, hər iki bilet eyni sinifdə alındıqda və uçuşdan sonra 90 gün ərzində sorğu verildikdə olacaq.

Yeni qaydaya əsasən, əlavə oturacağı əvvəlcədən almamış sərnişinlər hava limanında əlavə bilet almalı olacaqlar. Uçuş dolu olarsa, sərnişin başqa reysə köçürüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin