Kainatın ən sirli obyektləri: Planetləri sürətlə udub məhv edirlər

Hazırda oxunan: Kainatın ən sirli obyektləri: Planetləri sürətlə udub məhv edirlər

267246

Elm adamları boz maddənin Yupiter böyüklüyündə olan ekzoplanetlər kimi nəhəng planetlərin nüvələrində yavaş-yavaş toplana və zaman keçdikcə qara dəliklərə çevrilə biləcəyini göstərən yeni nəzəriyyə irəli sürüblər.

Bizim.Media xəbər verir ki, daxildən böyüyən bu qara dəliklər planeti tamamilə uda və məhv edə bilir.
 

Tədqiqatın müəllifləri deyirlər ki, planetin xarici təbəqələrindən nəzərə çarpmadan keçə bilən qaranlıq maddənin fövqəlağır hissəcikləri tədricən enerji itirir və planetin nüvəsində cəmləşir.


Onların sıxlığı kritik həddə çatdıqda çökmə baş verir və kiçik qara dəlik əmələ gəlir. Sonra qara dəlik sürətlə planeti udmağa başlayır, böyüyür və planetar kütləli qara dəliyə çevrilir.

Tədqiqatçılar hesab edirlər ki, planetlərin içərisində əmələ gələn qara dəliklər ulduz kütləli qara dəliklərlə müqayisədə ölçülərinə görə daha kiçik olsalar da, qaranlıq maddənin sirlərini açmaq üçün əsl bələdçi ola bilərlər. Xüsusilə, bu proses üçün şərait daha uyğun olan Yupiter böyüklüyündə olan planetlərdə belə mikro qara dəlikləri aşkar etmək mümkündür.

Əgər gələcəkdə astronomlar planetar kütləli qara dəlik kəşf etsələr, bu, elm üçün əsaslı kəşf ola bilər. (Teleqraf.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin