Fransa parlamentində sol müxalifət, baş nazir Fransua Bayrunun hökuməti 8 sentyabrda deputatların etimadını qazana bilmədiyi halda, prezident Emmanuel Makronun istefası prosedurunu yenidən işə salmağı planlaşdırır.
Bizim.Media “France Info”ya istinadən xəbər verir ki, bunu solçu “Qeyri-itaətkar Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon bəyan edib.
“Problemin səbəbini həll etmək lazımdır. Cənab Bayru bizi bu vəziyyətə salan şəxs deyil. Bu, Makronun yanlış iqtisadi və siyasi rəhbərliyinin nəticəsidir. Keçən il biz onun hakimiyyətdən kənarlaşdırılması barədə təşəbbüs irəli sürmüşdük. 23 sentyabrda isə bunu təkrar edəcəyik və hökumət həmin vaxta qədər süquta uğrasa da, etimadsızlıq səsverməsindən əlavə, prezidentin vəzifədən uzaqlaşdırılması barədə də təklif təqdim edəcəyik. Çünki böhranın səbəbi məhz odur”, — deyə Melanşon bildirib.
O qeyd edib ki, bu addım dövlət başçısının yenidən baş nazir təyin edib, hazırkı siyasəti davam etdirməsinin qarşısını almaq üçün zəruridir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:24 / 26.08.2025
Makron vəzifəsindən UZAQLAŞDIRILACAQ?
Hazırda oxunan: Makron vəzifəsindən UZAQLAŞDIRILACAQ?
Hazırda oxunan: Makron vəzifəsindən UZAQLAŞDIRILACAQ?
267125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.