Rusiyanın paytaxtı Moskva şəhərində miqrantların izlənməsi üçün yeni sistem tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu mexanizm pandemiya dövründə işləyən sosial reyestr sisteminə bənzəyəcək:
“1 sentyabrdan daha bir sistemi işə salırıq. Koronavirus vaxtı olduğu kimi, xüsusi tətbiq vasitəsilə öz mövqeyini təsdiqləmək lazım gələcək. İndi isə oxşar proqram miqrantlar üçün tətbiq ediləcək və biz onların harada olduqlarını biləcəyik”.
Qeyd edək ki, Moskvanın bütün hava limanlarında miqrantlar üçün biometrik nəzarət tətbiq olunub. Bundan əlavə, Moskvada “miqrant kartı” istifadəyə veriləcək. Bu elektron kartda miqrant haqqında bütün məlumatlar toplanacaq.
Bizim.Media