Rusiyada hamilə tələbələrə 2000 manat VERİLƏCƏK

Hazırda oxunan: Rusiyada hamilə tələbələrə 2000 manat VERİLƏCƏK

267095

1 sentyabrdan etibarən Rusiyada tələbələr üçün hamiləlik və doğuş üzrə müavinətin məbləği onların yaşadıqları regionda əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu əsasında hesablanacaq və orta hesabla 90 min rubl (1896 manat) təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Milli Məclisin Ailə, atalıq, analıq və uşaqların müdafiəsi komitəsinin birinci sədr müavini Tatyana Butskaya məlumat verib.

Onun sözlərinə görə, ödənişlər bütün hamiləlik və doğuş məzuniyyəti müddəti üçün birdəfəlik veriləcək. Müavinətin orta məbləği əvvəlki 23 min rubldan 90 202 rubladək artırılacaq. Standart 140 günlük məzuniyyət zamanı hesablama 30 gün üçün 19 329 rubl əsasında aparılır. Əgər doğuş çətinləşərsə və məzuniyyət 156 gün davam edərsə, müavinət 100 510 rubla çatacaq, çoxdöllü hamiləlik və 194 günlük məzuniyyət zamanı isə 124 994 rubl olacaq.
 

Butskaya bildirib ki, müavinət almaq üçün müraciət məzuniyyətin bitməsindən ən geci altı ay sonra edilməlidir. Bunun üçün “Gosuslugi” portalından istifadə etmək, Mərkəzləşdirilmiş Xidmət Mərkəzinə (MFX) və ya Rusiya Sosial Fondu idarəsinin müştəri xidmətinə müraciət etmək mümkündür. Bu dəstək tədbiri ali məktəblərin, kolleclərin, əlavə təhsil müəssisələrinin və elmi təşkilatların əyani şöbə tələbələrinə şamil olunur.


Deputat vurğulayıb ki, müavinətin məbləği məzuniyyətin müddətindən asılıdır: tələbə dekretə gec çıxarsa, ödənişin məbləği mütənasib olaraq azalacaq, çünki məzuniyyətə doğuşdan əvvəl 70 gün və doğuşdan sonra 70 gün daxildir. Butskayanın fikrincə, tam məbləği almaq üçün ən optimal variant gözlənilən doğum tarixindən 70 gün əvvəl dekretə çıxmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin