Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamiş ölkəsinin öz nüvə silahına sahib olacağına hələ də ümidini itirməyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Onet xəbər portalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Polşa alimlərinə inamı və etibarı itirmək olmaz. Bununla yanaşı, o, etiraf edib ki, Polşanın öz nüvə silahına sahib olmasından daha real variant ABŞ-ın “Nuclear Sharing” proqramlarında iştirak etməkdir.
Polşada Amerika nüvə silahlarının yerləşdirilməsi məsələsinə münasibət bildirən Kosinyak-Kamiş qeyd edib ki, bu istiqamətdə nəticə əldə etmək istərdi.
Qeyd edək ki, “Nuclear Sharing” proqramı ABŞ ilə NATO ölkələri arasında bağlanmış razılaşmadır. Bu proqram çərçivəsində zərurət yaranacağı təqdirdə ABŞ-ın xüsusi bazalarında saxlanılan nüvə bombaları həmin ölkələrin Hərbi Hava Qüvvələrinə təhvil verilə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:50 / 26.08.2025
Bu Avropa ölkəsi nüvə silahına sahib olmaq İSTƏYİR
Hazırda oxunan: Bu Avropa ölkəsi nüvə silahına sahib olmaq İSTƏYİR
Hazırda oxunan: Bu Avropa ölkəsi nüvə silahına sahib olmaq İSTƏYİR
267073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
11:00
Son dövrlər aktivləşən BƏLƏDİYYƏLƏR – Onların tələb etdiyi vergiləri ÖDƏMƏLİYİKMİ? – ARAŞDIRMA

02:41