Bu kənddə velosiped sürmək QADAĞANDIR

Hazırda oxunan: Bu kənddə velosiped sürmək QADAĞANDIR

267033

Şotlandiyanın şimal-şərqində yerləşən Crovie kəndində nə maşın, nə də velosiped sürmək olmaz. Kənd dənizə çox yaxın və yolları dar olduğu üçün insanlar yalnız piyada hərəkət edir. Burada təxminən 60 ev var və gələnlər maşınlarını kənarda saxlayıb əşyalarını əl arabası ilə daşıyırlar.

Bizim.Media Sözcü qəzetinə istinadən xəbər verir ki, Crovie Avropanın ən yaxşı qorunan balıqçı kəndlərindən biridir.
 

1953-cü ildə baş verən güclü tufan kənddə balıqçılığı dayandırdı və çox adam qonşu kəndə köçdü. İndi burada cəmi 5 nəfər yaşayır, evlərin çoxu isə istirahət üçün istifadə olunur.


Kənddə dükan və yemək yeri yoxdur, turistlər öz yeməklərini gətirməlidir. Crovie bu gün səs-küydən uzaq, sakitlik və təbiət axtaranlar üçün nağıl kimi bir yerdir. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin