Pezeşkian: Qonşularımızla düşmənçilik etməməliyik

Hazırda oxunan: Pezeşkian: Qonşularımızla düşmənçilik etməməliyik

267029

“İstər İran daxilində, istərsə də İslam ölkələri arasında parçalanma yaratmamalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, İranda bəzi qüvvələrin həm daxildə, həm də müsəlman ölkələri arasında parçalanma yaratmalarına diqqət çəkib.
 

“Bizim bir-birimizlə ixtilafımız olmamalı və qonşularımızla düşmənçilik etməməliyik. Qonşularımız bizim qardaşlarımız, qohumlarımızdır. Bizi imperialistlər, tiranlar parçalayıb bu günə salıblar.


Müsəlmanlar düşmənə qarşı birləşməlidirlər. Hamımız əl-ələ verməliyik. İstər ölkə daxilində (İranda), istərsə də İslam ölkələri arasında parçalanma yaratmamalıyıq.

Biz bir olsaq, heç kim müsəlmanlara mənfi gözlə baxmağa cürət etməz. Bunun üçün çalışıb əl-ələ verməliyik”, - Pezeşkian bildirib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin