Ukrayna prezidenti Volodimir Zelenski Amerika silahlarının alınması üçün müttəfiqlərdən ayda ən azı 1 milyard dollar almağı planlaşdırdığını açıqlayıb.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Zelenski Kiyevə səfər edən Norveçin Baş naziri Jonas Qar Störe ilə birgə brifinq zamanı müvafiq bəyanatla çıxış edib.
Ukrayna lideri bildirib ki, Oslo həm də Ukraynanın hava hücumundan müdafiə və dəniz təhlükəsizliyi sahəsində təhlükəsizlik təminatlarına töhfə verə bilər.
Qeyd edək ki, Almaniya Ukrayna üçün ABŞ-dan daha 500 milyon dollara hərbi texnika və sursat alınmasını maliyyələşdirməyi planlaşdırır.
Bizim.Media