Lyayen Almaniyanın prezidenti OLA BİLƏR

Hazırda oxunan: Lyayen Almaniyanın prezidenti OLA BİLƏR

266974

Almaniya kansleri Fridrix Mers 2027-ci ildə keçiriləcək prezident seçkilərində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin namizədliyini irəli sürməyi nəzərdən keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Der Spiegel jurnalı məlumat yayıb.

Nəşr yazır ki, Mers “Almaniyada növbəti prezident qadın ola bilərmi?” sualına cavab olaraq bunun “yaxşı olacağını” deyib. Hazırda mümkün namizədlər siyahısına Bundestaqın sədri Yuliya Kleknər, ailə məsələləri üzrə nazir Karin Prin və Bavariya parlamentinin rəhbəri İlze Aynqner daxildir.

Der Spiegel yazır ki, Fridrix Mers son vaxtlar Ursula fon der Lyayenin də namizədliyini nəzərdən keçirməyə başlayıb.

“Bir neçə amil bu ideyanı cəlbedici edir. O, Brüsseldə “Yaşıl kurs” və Ukraynaya yardımı ilə artıq özünü təsdiqləyib. Bu səbəbdən onun hazırki vəzifəsindən istefası karyerasında geriləmə sayılmayacaq. Həmçinin o, daha əvvəl də ilkləri reallaşdırıb. Lyayen ilk qadın müdafiə naziri, Avropa Komissiyasının ilk qadın sədri kimi tarixə düşüb. İndi isə o Almaniyanın ilk qadın prezidenti ola bilər”, – deyə məqalədə qeyd olunur.
 

Xatırladaq ki, Almaniyada növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Prezidentliyə namizədlər siyasi partiyalar və birliklər tərəfindən irəli sürülür, daha sonra isə prezident Federal Məclis tərəfindən seçilir.


Bu orqan Bundestaq deputatları və federal torpaqların nümayəndələrindən ibarətdir. Beləliklə, Almaniya prezidenti xalq tərəfindən birbaşa deyil, xüsusi seçici orqanı vasitəsilə seçilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin