Şahin Şıxlinski AĞIR DURUMDA – Hər an ölüm təhlükəsi var

Hazırda oxunan: Şahin Şıxlinski AĞIR DURUMDA – Hər an ölüm təhlükəsi var

266943

“Azərbaycan – Ural” ictimai milli-mədəni təşkilatının həbsdə olan sədri Şahin Şıxlınski təcridxanada (SIZO №1) təkadamlıq kameradan çıxarılaraq yanına məhbus yoldaşı verilməsini istəyib.

Bizim.Media “Ura.ru”ya istinadla xəbər verir ki, bu barədə Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Şahin Şıxlinski təkadamlıq kameraya SALINDI – İndi də qətl cəhdində ittiham olunur


Məlumata görə, Şıxlınski Popova şikayət edərək bildirib ki, o, “quş hinini xatırladan”, onun fiziki ölçülərinə görə çox dar bir kamerada saxlanılır.

Azərbaycan diasporunun rəhbəri həmçinin qeyd edib ki, səhhətində problem var və istənilən an təcili tibbi yardım lazım ola bilər. Bu səbəbdən yanında məhbus yoldaşı olsa, zərurət yaranarsa, həkimləri çağırmaqda kömək edə bilər.

Qeyd edək ki, Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı Moskvanın Basman məhkəməsi tərəfindən verilib. Bu qərar onun barəsində axtarış elan edildikdən sonra çıxarılıb.

İlkin məlumata görə, o, 2010-cu ildə baş verən Fəxrüz Şirinova qarşı qətl cəhdində (CM-in 30 və 105-ci maddələri) və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə (CM-in 318-ci maddəsi) ittiham olunur.

Qeyd edək ki, daha əvvəl Şahın Şıxlinskinin oğlu Mutvalı da Yekaterinburqda həbs olunub. O, 15 iyulda hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə saxlanılıb və 2 ay müddətinə həbs edilib.

Sözügedə ittiham 1 iyul tarixində “Bakı Plaza” yaxınlığında baş verən insidentlə bağlıdır.
 

Belə ki, həmin tarixdə hüquq-mühafizə orqanları Şahın Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. O, həmin vaxt oğlunun idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobildə olub.


Zirehli maskalılar maşının şüşələrini sındırmağa başlayanda Mutvalı avtomobili geriyə sürərək bir xüsusi təyinatlını vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin