Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK

Hazırda oxunan: Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK

266936

Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi əməliyyatların keçirilməsinə cavabdeh əsas qurumlardan biri olan Təhlükəsizlik Xidmətinin (SBU) “A” Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəhbər təyin edib.

Bizim.Media “RBK.ua”ya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə №657/2025 saylı fərmanı imzalayıb.

Fərmana əsasən, Yevgeni Xmarın mərkəzin rəisi vəzifəsinə təyinatı təsdiqlənib.

O, bundan sonra dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xüsusi əməliyyatların və strateji tədbirlərin həyata keçirilməsinə rəhbərlik edəcək.
 

Qeyd edək ki, Xmar 14 aprel 2023-cü ildən SBU-nun “A” Xüsusi Əməliyyatlar Mərkəzində (Alpha Group) çalışır.


Onu da bildirək ki, bu xüsusi təyinatlı bölmə terrorizmə qarşı əməliyyatlar, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və strateji əhəmiyyətli taktiki əməliyyatlar kimi riskli və həssas tapşırıqları icra edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin